azercell-in-reqemsal-dunyasi-lenkeranda

Azercell-in Rəqəmsal Dünyası Lənkəranda

On minlərlə insanı bir araya toplamağa müvəffəq olan Azercell-in “Rəqəmsal Dünya bölgələrdə” layihəsinin səfərləri uğurla davam edir. Naxçıvan şəhərində başlayan tədbirlər silsiləsi Şərur, Ordubad, Quba, Xaçmaz, Qusar, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Mingəçevir və Yevlax şəhərlərindən sonra Lənkəranda baş tutub. Yeddi mindən çox insanın qatıldığı tədbirdə şəhər sakinləri əyləncəli və intellektual oyunlarla yanaşı, virtual reallıq oyunlarında öz qüvvələrini sınamaq, hədiyyə qazanmaq, eləcə də, Azercell-in ən son trendlərə uyğun xidmətləri və məhsulları ilə tanış olmaq imkanı əldə ediblər. 

Azercell nümayəndələri 16 avqust tarixində Mingəçevir şəhəri uşaq nevroloji sanatoriyasını, 19 avqust tarixində isə Lənkəran şəhəri, O.Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət edib. Azercell tərəfindən uşaqlara məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub. Fəaliyyətləri boyunca on minlərlə insana tibbi yardım etmiş “Mobil Göz” və “Mobil Diş” klinikaları Lənkəranda uşaq evinə təşkil edilən səfərə qoşularaq, 40-a yaxın uşağı müayinədən keçirib. 

Qeyd edək ki, ölkənin mobil rabitə istifadəçilərinin əksəriyyətinin seçimi olan Azercell şirkəti yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları daha da əlçatan etmək məqsədilə, 2018-2019-cu illər ərzində respublika boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə Azərbaycanın telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Beləliklə də, şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Hazırda, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir.

Azercell-in Rəqəmsal Dünyasını avqust ayının 21-i Qazaxda, 22-si Tovuzda, 24-ü Şəmkirdə və 26-sı Gəncədə gözləyin!