Hər zaman sosial layihələri dəstəkləyən Azercell, Ramazan ayında da bu istiqamətdə fəaliyyətini davam etdirib. Belə ki, Azercell və Xəzər TV-nin birgə təşəbbüsü ilə Azercell-in səyyar “Mobil Göz” və “Mobil Diş” klinikaları may ayı ərzində Tərtər, Ağdam və Tovuz şəhərlərinə səfər ediblər.
Aksiya çərçivəsində təşkil olunan təmənnasız müayinələrdən ümumilikdə üç minədək insan faydalanıb.
Qeyd edək ki, səfərlərdə iştirak edən həkimlər televiziyada yayımlanan “Səni axtarıram” verilişinin canlı efirində Xəzər TV və Azercell rəhbərliyi adından layihədə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif edilib, həmçinin Azercell şirkəti tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikalarının mütəmadi olaraq təşkil etdiyi təmənnasız müayinə və müalicə tədbirlərindən valideyn himayəsindən məhrum uşaqlar, yaşlılar, aztəminatlı ailələr və məcburi köçkünlər yararlanır. Ən son tibbi avadanlıqla təchiz olunan bu mobil klinikalar fəaliyyətləri boyunca on minlərlə insana yardım etməyə müvəffəq olublar.
Daha ətraflı məlumat almaq istəyənlər news@mcs.az ünvanına müraciət edə bilərərlər.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.