Azercell korporativ müştərilərinin istifadəsinə “Biznesim” - yeni nəsil tarif planları və rəqəmsal xidmətlərini təqdim edir. Yeni tarif paket abunəçilərə daha da geniş 4G sürətli internet imkanları, limitsiz şirkətdaxili zənglər və yeni Rəqəmsal Xidmətlər portfelindən yararlanmaq fürsəti ilə öncəki tarif paketlərdən xüsusilə fərqlənir. Rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və azaltmağa kömək edəcək yeni tarif paketlər ilə əməkdaşlarınız arasında əlaqəni məkandan asılı olmayaraq təmin edə biləcəksiniz.
Əlavə olaraq, Azercell-in yeni Tarif paketlərini aktiv edən korporativ müştərilər yeni Rəqəmsal Xidmətlər portfelindən istifadə etmə imkanı əldə edirlər. Bura Domain qeydiyyatı, Web səhifələrin yaradılması, Toplu Sms, Profilli sms və sair xidmətlər aiddir.
“Müştərilərə və insanlara biznesin mərkəzi kimi yanaşmağın zəruriliyinə fokuslanmaq bizim hədəf olaraq təyin etdiyimiz və yeni məzmunlu məhsullar portfelimizə daxil etdiyimiz əsas xüsusiyyətlərdir. Biz Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmaq, yeni nəsil həllərin təqbiq edilməsi və fərdiləşdirilmiş xidmətlə təmin edilməsi yolu ilə onların Rəqəmsal Transformasiya prosesini idarə etməyi hədəfləyirik”, deyə Azercell-in Korporativ Seqment Biznes strukturunun departament rəhbəri Giorgos Chatzis bildirib.