Azərbaycan nefti yenidən ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir bareli 3,58 faiz və ya 1,89 ABŞ dolları qədər ucuzlaşıb.
Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 50,90 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.