azeriqaz-a-yeni-bas-direktor-teyin-edildi

“Azəriqaz”a yeni baş direktor təyin edildi

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor çıqlamasında təyinatı təsdiqləyib.

R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib:

“Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

İlham Əliyev “Azəriqaz”a xəbərdarlıq etmişdi

““Azəriqaz” insanlara problemlər yaradır”. Bunu Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirmişdi

"“Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır",- İlham Əliyev xəbərdarlıq edərək demişdi.

© Modern