azeriqaz-in-sabiq-rehberine-yeni-vezife-verildi

“Azəriqaz”ın sabiq rəhbərinə yeni vəzifə verildi

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də yeni vəzifə verilib.

Bununla bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Əliyev “Azərenerji” ASC-nin departament direktoru təyin edilib.

Xatırladaq ki, Ruslan Əliyev ötən ay “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.

Unikal