azeriqaz-yeni-kartlarin-alinmasinda-novbeler-musahide-edilmir

"Azəriqaz": Yeni kartların alınmasında növbələr müşahidə edilmir

Ötən həftə smart kart tipli sayğacların kartlarının verilməsi zamanı “ASAN kommunal” mərkəzlərində müşahidə olunan abonent sıxlığı görülən operativ tədbirlər nəticəsində xeyli stabilləşib. Artıq böyük növbələr qeydə alınmır. 

İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin açıqlamasında bildirilir. 

"Əgər ötən həftə gün ərzində “ASAN kommunal” mərkəzləri və “Azəriqaz”ın xidmət sahələrinə daxil olan 1500-dək müraciətin əksəriyyəti kartların alınması ilə bağlı olurdusa, hazırda gündəlik 1300-dək müraciətin cəmi 350-400-ü yeni kartların alınması barədədir. 

Bir daha xatırladaq ki, bu həftə də "Azəriqaz"ın mühəndisləri Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində səhər saat 09:00-dan 18:00-dək həftənin 7 günü xidmətlərini davam etdirirlər. Bundan başqa, bazar günü abunəçilər “Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24-də yerləşən inzibati binasına da müraciət edə bilərlər", - deyə qurum bəyan edib.