Azərişıq” ASC işin davamlılığına nəzarət, habelə satınalmalar və sifarişlərin idarə olunması üzrə proqram təminatlarının satın alınmasına 1 mln. manatdan çox vəsait yönəldəcək
İnsider.az xəbər verir ki, “Azərişıq” "Qlobal-Elektro" MMC ilə ümumilikdə 1 mln. 33 min 949,56 manat dəyərində iki müqavilə bağlayıb.
Birinci müqavilə işin davamlılığı və “giriş-çıxış”a nəzarət üzrə proqram təminatının satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 561 min 963,13 manatdır.
İkinci müqavilə “Azərişıq” ASC-yə satınalmalar və sifarişlərin idarə olunması üzrə proqram təminatının tədarük edilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 471 min 986,43 manatdır.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.