Bakı Apellyasiya Məhkəməsində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) inzibati qaydada cərimə edilməsi barərə qərardan verdiyi şikayətə baxılıb.
Hakim Mirzəli Abbasovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən şikayət təmin edilməyib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərişıq" ASC barədə inzibati protokol tərtib edib.
Nəsimi Rayon Məhkəməsi protokola əsasən, “Azərişıq ASC”nin 5 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.
Qurum İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsi ilə təqsirli bilinib.
© Report