azerkosmos-bu-il-8-mln-dollar-gelir-elde-edib

“Azərkosmos” bu il 8 mln. dollar gəlir əldə edib

Bu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC 17 ölkəyə 7,6 mln. ABŞ dolları dəyərində peyk-telekommunikasiya xidmətləri ixrac edib.

İnsider.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin aprel ayı üzrə buraxılışında bildirilir.

Məlumata görə, təkcə mart ayında “Azərkosmos” peyk-telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 5,5 mln. dollar məbləğində gəlir əldə edib. İxracdan əldə edilən gəlir dövlət şirkətinin gəlirlərinin 85%-ni təşkil edib.

3 ay ərzində “Azərkosmos”un xidmət ixrac etdiyi əsas ölkələr ABŞ (4,8 mln. dollar), Fransa (1,9 mln. dollar), BƏƏ (304 min dollar), Almaniya (252 min dollar) və Böyük Britaniya (212 min dollar) olub.

©Report