azerlotereya-uduslu-biletleri-baki-kob-evi-nde-qebul-edecek

“Azərlotereya” uduşlu biletləri “Bakı KOB Evi”ndə qəbul edəcək

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC uduşlu biletlərin qəbul ünvanını dəyişib.

Yanvarın 9-undan etibarən 3 000 manatdan böyük uduşlu biletlər yeni ünvanda - “Bakı KOB Evi”ndə qəbul ediləcək.

“Poz-Qazan” oyunları və hər gün keçirilən tirajlı lotereyalarda, eləcə də “Misli” məntəqələrində qazanılan 3 000 manatdan çox uduş qazanan şanslı qaliblər Bakı şəhəri Ziya Bünyadov prospekti 38C ünvanında yerləşən KOB evinə yaxınlaşaraq uduşlu bileti təqdim edə bilərlər.

Qeyd edək ki, “Bakı KOB Evi” yanvarın 6-sında istifadəyə verilib. KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.