Azərbaycan sığorta bazarının ən iri şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar-fevral ayları üzrə sığorta ödənişi alan vətəndaşların sayını açıqlayıb.
Şirkətdən verilən məlumata görə, “Azərsığorta” tərəfindən cari ilin ilk iki ayında müxtəlif sığorta hadisələri üzrə vətəndaşlara ödənilən vəsaitlərin həcmi ümumilikdə 3,720 mln. manat təşkil edib.
Qeyd olunan hesabat dövründə “Azərsığorta” Dövlət Sığorta Şirkətindən ödəniş alan vətəndaşların sayı isə 3080-ə çatıb. Ödənişlər müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilmişdir.
Xatırladaq ki, ”Azərsığorta” Dövlət Sığorta Şirkəti müştərilərinə qanunvericiliklə nəzərdə tutulmuş könüllü və icbari sığorta növləri üzrə xidmətlər təklif edir.
Ətraflı məlumat üçün Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinə müraciət edə bilərsiniz
Ünvan: C.Məmmədquluzadə 102A
Tel: (99412) 310 22 70
Call Center: * 1200