Bu il yanvarın 1-nə “Azərxalça” ASC-nin 1 256 nəfər işçisi olub.
Bu barədə səhmdar cəmiyyətinin illik hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 350 nəfər və yaxud 21,8 % azdır.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Report