"Modern Group"a daxil olan "Azgranata"nın İdarə Heyətinin sədri Anar Bayramov öz istəyilə işdən çıxır.
İnsider.az xəbər verir ki, bu barədə Anar Bayramov özü məlumat yayıb.
"Dostlar, çox fikirləşdikdən sonra Azgranata-dan ayrılmaq qərarına gəldim. Artıq qərarımı elan etmişəm, ayın sonuna kimi işləri təhvil verəcəyəm. 8 ildir karyeram əsasən (kiçik ara ilə) Azgranata və Modern Group ilə bağlı oldu. Hər zaman təsisçilərin etimadını gördüm, əlimdən gələni etdim ki, komandamızla birlikdə etimadı doğruldum. Allaha şükürlər olsun ki, alnımız açıqdır. Bütün komanda yoldaşlarıma uğurlar arzulayıram, inanıram ki, gələcəkdə şirkətin uğurları daha da çox olacaqdır. Bundan sonra da "Azgranata" mənə çox doğma, əziz şirkət olaraq qalacaqdır, - o bildirib.
Anar Bayramov 2019-cu ilin Noyabr ayında Modern Group-un icraçı direktoru vəzifəsindən "Azgranata" şirkətinə rəhbər keçmişdi. O, 1 dekabrdan başlayaraq "Azgranata" şirkətinin İdarə Heyətinin sədridir.
Marja