azsigorta-da-kadr-deyisikliyi-bas-verib

AZSIĞORTA da kadr dəyişikliyi baş verib

“Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü Ziya Talıbov vəzifəsini tərk edib.

İnsider.az xəbər verir ki, bu barədə şirkətdən məlumat yayılıb.

Məlumata görə, onun yerinə hələ ki, heç kim seçilməyib.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.