Artıq hər kəs AZSIĞORTA-dan icbari sığorta növləri daxil olmaqla istənilən sığorta məhsulunu hissə-hissə ödəyərək əldə edə bilər. Bunun üçün sadəcə BirKart kartına sahib olmaq kifayətdir.
BirKart sahibləri AZSIĞORTA-dan əldə etdikləri hər hansı sığorta məhsulu üçün heç bir əlavə faiz və komissiya ödəməyəcəklər. Üstəlik onlar sığorta haqqını 2 aydan - 6 aya qədər hissə-hissə ödəmək imkanı əldə edəcəklər.
Daxili bazarda lider mövqeyini qoruyan “Birkart” taksit kartı cari günə 350.000 müştəri kütləsini əhatə edir. Qeyd edək ki, BirKart taksit kartları Qırmızı, Qara və BirKart Miles olmaqla 3 yerə bölünür.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan AZSIĞORTA 2006-cı ildən fəaliyyət göstərir. Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi şirkətin maliyyə gücünü “B” səviyyəsində təsdiqləyib.