azsigorta-nin-sehmdarlarinin-yigincagi-kecirilecek

“Azsığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

26 fevral 2021-ci il tarixində saat 16.30-da “AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının iclası keçiriləcəkdir.

İnsider.az Şirkətin bildirişinə istinadən xəbər verir ki, yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmır. İclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları göstərilən ünvandan əldə etmək olar.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.