azsigorta-sirketinde-struktur-deyisikliyi-olub

"AZSIĞORTA" şirkətində struktur dəyişikliyi olub

AZSIĞORTA ASC-nin rəhbərliyində dəyişiklik baş verib. Belə ki,  şirkətin İdarə heyətinin sədri Anar Talıbovun, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüldükdən sonra AZSIĞORTA ASC-nin Direktorlar Şurasının üzvü olması planlaşdırılır. 

Anar Talıbov əmək fəaliyyətinə 2003-cü ildə MBASK ASC sığorta şirkətində Satış üzrə baş nümayəndə vəzifəsində başlayıb, bu vəzifədə 2006-cı ilə qədər çalışıb. 
2006-cı ildən “SUCSSESFUL STRATEGIES” şirkətində İcraçı direktor, 2007-ci ildə “Beynəlxalq Sığorta Şirkəti” ASC-də Satış və Marketinq Departamentinin müdir müavini, 2010-cu ildə AZSIĞORTA ASC-də Satış və Müştəri Xidmətləri Departamentinin müdiri, 2011-ci ildə AZSIĞORTA ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib. 
2012-ci ildən etibarən AZSIĞORTA ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyir.

Bu gündən etibarən İdarə heyətinin sədri səlahiyyətlərini AZSIĞORTA şirkətinin İdarə heyətinin sədrinin müavini Yusif Soltanov icra edəcək. 

Qeyd edək ki, şirkət Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.

AZSIĞORTA Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir, ən sabit və çoxprofilli şirkətlərdən biridir və ölkənin TOP-5 sığorta şirkətlərinə daxildir.