25 sentyabr 2021-ci il tarixində “Azsığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İnsider.az şirkətə istinadən xəbər verir ki, yığıncaq Cəmiyyətin Bakı şəhəri, İzmir küç 8, Həyat Tauer 3, 4-cü mərtəbədə yerləşən Baş Ofisində keçiriləcək.
Gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Azsığorta” ASC-nin fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlərin görülməsi;
2. Digər məsələlər.