Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
Universitetdən İnsider.az verilən məlumata görə, iclasda bildirilib ki, AzTU-nun 70 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən universitetin 25 əməkdaşı mükafatlandırılıb. Universitetin fəaliyyətinə göstərdiyi diqqətə görə dövlət başçısına təşəkkür ifadə olunub. Bundan başqa, qeyd olunub ki, AzTU-nun 70 illiyi münasibəti ilə təhsil naziri Emin Əmrullayev də universitetin 27 əməkdaşını xüsusi mükafata layiq görüb.
Daha sonra bildirilib ki, AzTU-da aparılan struktur islahatları ilə əlaqədar olaraq, bir sıra kafedraların yenidən təşkili zərurəti yaranıb. Belə ki, elmi-tədqiqat mövzularının müvafiq sahələr üzrə unifikasiyasının, həmçinin tədqiqat-tədris prosesinin təşkilində ixtisaslaşmanın və rasionallığın təmin olunması üçün fakültələr üzrə bəzi kafedraların adları dəyişdirilib, bəzi kafedralar isə birləşdirilərək bazasında yeniləri təşkil olunub.
APA