aztv-de-50-den-cox-emekdasda-koronavirus-askarlandi

AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.

İnsider.az xəbər verir ki, yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var.

Vəzifəli şəxslərlə yanaşı, AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.

Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir.

AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir.

Yenicag.az