aztv-de-yoxlamalarin-aparildigi-resmen-tesdiqlenib

AzTV-də yoxlamaların aparıldığı rəsmən təsdiqlənib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2020-ci il üzrə maliyyə (audit) hesabatının dərcinin gecikməsinə aydınlıq gətirib.

İnsider.az xəbər verir ki, qurumun bununla bağlı açıqlamasında deyilir ki, aprelin 26-dan şirkətdə dövlət yoxlaması aparılır.

“Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”, - deyə məlumatda qeyd edilib.