Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 23:00-dan səhər saatlarınadək Babək prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
İnsider.az xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.