"Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının sədri dəyişib.
İnsider.az xəbər verir ki, indiyə qədər Şuraya rəhbərlik edən Asəf Hüseynov vəzifəsindən azad edilib, onun yerinə isə Fərid Abuşov seçilib.
A.Hüseynov ötən ilin noyabr ayına qədər “Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini olub, 3 aydır ki, “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin İH-nin üzvü kimi fəaliyyət göstərir. F.Abuşov isə vaxtilə, hazırda ləğv prosesində olan “Dəmir Bank” ASC-nin İH-nin sədri olub.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.
Report