Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklardan vaxtilə ABŞ dollarında kredit götürmüş şəxslərə müraciət edib.
İnsider.az-ın məlumatına görə, müraciətdə bildirilir: “Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrasını təmin etmək məqsədi ilə Fond bağlanmış banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbuluna başlayıb. Müştərilər ləğv prosesində olan “Dəmir Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanında yerləşən "Əməliyyat idarəsi"nə müraciət edə bilərlər".