“WPP” reklam korporasiyası “Kantar” analitik şirkətinin 60%-ni ABŞ-ın “Bain Capital” investisiya fonduna satmağa razı oldu. İnsider.az bunu “Kommersant”-a istinadla xəbər verir.
Sövdələşmə şərtlərinə müvafiq olaraq, “Kantar” ümumi 4 milyard dollar dəyərində qiymətləndirilir. “WPP”-nin satışdan olan gəliri isə 3,1 milyard dollar təşkil etməlidir. Bu sövdələşmə “WPP”-ə onun planlaşdırılmış restrukturizasiyasına vəsait verməlidir.
“WPP” ən iri reklam konqlomeratlarından biridir. “Ogilvy” və “Wunderman Thompson” reklam agentləri də ona mıxsusdur.
“Kantar” isə “WPP” tərəfindən 1992-ci ildə yaradılıb. Şirkət yüzdən çox ölkədə fəaliyyət göstərir və əsasən bazar sorğu və araşdırmaları üzərində ixtisaslaşır.
Qeyd edək ki, “WPP” hazırda maliyyə göstəricilərinin pisləşməsinə, “Facebook” və “Google” kimi onlayn-reklam nəhəngləri ilə artan rəqabətə və ötən il daxili araşdırmadan sonra vəzifəsindən azad edilən baş direktoru Martin Sorellin gedişinə görə olduqca çətin dövrdən keçir. Şirkətin səhmləri 2017-ci ilin əvvəlində çatmış maksimumdan, demək olar ki, iki dəfə enib.
Samirə Məmmədova