İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinin qalibi “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC olub.
İnsider.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, dövlət büdcəsinə 3,5 milyon manat köçürməyi, yaxın 2 il 6 ay ərzində müəssisədə 5,5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb. Proqram çərçivəsində müasir avadanlıqların alınması, tikililərin təmiri və yenidən qurulması, müəssisənin xammal bazasının artırılması, infrastrukturun təkmilləşdirilməsi, 110 yeni iş yerinin yaradılması, müəssisənin əsas xammal bazasını təşkil edən dərilərin alınması sahəsində yerli istehsalçılarla əməkdaşlığın qurulması planlaşdırılır.
"Report" xatırladır ki, “Pepi-Əli Kəndli Təsərrüfatı” 2005-ci ildə Tovuz rayonunun Colovdarlı kəndində yaradılıb.
"Report"