baki-fond-birjasi-nin-dovriyyesi-artib

“Bakı Fond Birjası”nın dövriyyəsi artıb

Bakı Fond Birjasında 2019-cu ilin ilk səkkiz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard  22 milyon 897 min manat təşkil etmişdir.

İnsider.az xəbər verir ki, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 9 milyard 643 milyon 471 min manat olmuşdu.  Nəticə olaraq, 2019-cu ilin ilk 8 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 8 ayına nəzərən 4% artım qeydə alınıb.

2019-cu ilin avqust ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 373 milyon 631 min manat təşkil etmişdir. Ümumilikdə Birjanın kapitalizasıyası keçən aya nisbətən 0.04% artmışdır.