baki-fond-birjasinda-emeliyyatlarin-hecmi-artib

Bakı Fond Birjasında əməliyyatların həcmi artıb

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9  milyard 777 milyon 82 min manat təşkil edib.

Bakı Fond Birjasının yaydığı məlumata görə, əməliyyatların ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 61% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfə artım baş verib.

2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4 milyard 900 milyon 145 min  manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 20% böyümə qeydə alınıb.