baki-fond-birjasinda-istiqrazlarinin-yerlesdirilmesi-uzre-herrac-kecirilib

Bakı Fond Birjasında istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2010020603 dövlət qeydiyyat nömrəli, 1,500,000.00 manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Hərrac zamanı 2 investor tərəfindən 1000 manat qiyməti ilə 2 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 10 % , faiz ödəniş dövrü isə 1 təqvim ili təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000.00 manat təşkil edib.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,500,000.00 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 04.11.2023-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.