3 iyun 2019-cu il tarixində “Bakı Fond Birjası” (BFB) QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir.
İnsider.az xəbər verir ki, iclasda BFB-nin 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənmiş, müddəti bitdiyi üçün yeni Audit Komitəsi formalaşdırılmış, eləcədə gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi ətrafında müzakirələr aparıldıqdan sonra təsdiq edilmişdir.
Ümumi yığıncaqda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti sədri Vüqar Namazovun digər işə keçməsi ilə əlaqədar müraciətinə əsasən vəzifəsindən azad olunmuş və “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifələrinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunmuşdur.