Məlum olduğu kimi, Bakı-Gəncə sürətli sərnişin qatarı 29 dekabr 2018-ci ildən fəaliyyətə başlayıb. İnsider.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı-Gəncə-Bakı istiqamətində sürətli sərnişin qatarı fəaliyyətə başlayandan bu günə qədər cəmi 54 007 sərnişin daşınıb:
“Bunun 48705 nəfəri “standart”, 4859 nəfəri “biznes”, 443 nəfəri isə “frist-class” (birinci sinif) vaqonlarda daşınıb”.
Qurum rəsmisinin sözlərinə görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının biznes yerlərinə gediş haqqı aprelin 8 aprel 2019-cu ildən etibarən 50 manatdan 25 manata endiriləndən bəri sərnişin axınında artım müşahidə olunur.
Xatırladırıq ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında gediş haqqı standart sinif üzrə 10, biznes sinif üzrə 25, birinci klass sinfi üzrə isə 100 manatdır.
©Modern.az