baki-metrosu-bu-tarixe-qeder-sernisindasimaya-tam-hazir-olacaq

Bakı Metrosu bu tarixə qədər sərnişindaşımaya tam hazır olacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.

Bunu açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

"Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib.

Report