baki-metrosunda-yaranan-problemin-sebebi-aciqlandi-yenilenib

Bakı metrosunda yaranan problemin səbəbi AÇIQLANDI - YENİLƏNİB

“Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub. 

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüblər və qatar texniki baxış üçün stansiya dalanına verilib:

“Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Xəttə əvəzinə qatar verilib”.

09:48

Bakı metrosunda qatarda nasazlıq olub.

Metronun “Neftçilər” stansiyasında qatarın qapısı bir neçə dəfə açılıb-bağlanıb.

Bu səbəbdən sərnişinlər qatardan boşaldılıblar.

Problemin nədən qaynaqlandığı araşdırılır.