baki-neft-emali-zavoduna-yeni-rehber-teyin-olundu

Bakı Neft Emalı Zavoduna yeni rəhbər təyin olundu

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (NEZ) yeni direktor təyinatı olub.

Bu vəzifə Xəyal Cəfərova həvalə olunub.

Məlumata görə, Xəyal Cəfərov bundan əvvəl SOCAR-ın Karbamid Zavodunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, NEZ-in keçmiş direktoru Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinə yeni müavin təyin edilib.

APA