“Müəllim sayından asılı olaraq yerlər vakansiyaya çıxarılır. Bakı, Sumqayıt, Abşeron üzrə 1 055 vakant yer müsabiqəyə çıxarılıb”.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var: “Onların da 11.6 mini 25-60 yaş aralığında olanlardır. Müəllimlərin böyük qismi gənc yaşlarında olanlardır. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb.
Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1 412 vakansiya var”.
E.Əmrullayev əlavə edib ki, hazırda müəllim işləyənlərdən 1 533 nəfəri 60-64 yaş aralığındadır: “116 nəfər isə 65 yaşdan yuxadıdır”.