Bakıda səfirlik avtomobili qəzaya düşüb.
Nəsimi rayonu Rəsul Rza küçəsində Almaniya səfirliyində 1-ci katib vəzifəsində çalışan Rinke Thomasın idarə etdiyi “Mitsubishi” markalı 007-D-015 dövlət qeydiyyat nişanlı avtomobil paytaxt sakini Təranə Məmmədovanın sürdüyü “KİA” markalı maşınla toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, ağır xəsarət alan olmayıb.
İlkin araşdırmalar zamanı hadisənin T.Məmmədovanın “yol ver” nişanının tələbinə əməl etməməsi səbəbindən baş verməsi məlum olub.
Araşdırmalar davam etdirilir.
Qafqazinfo