bakida-bankin-filial-mudiri-ozunu-asdi

Bakıda bankın filial müdiri özünü asdı

Binəqədidə 40 yaşlı kişi intihar edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, mayın 17-də saat 07:00 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, Mahir Sultanov Kapital Bank ASC-nin filial müdiri vəzifəsində çalışıb.

Oxu.Az