Ramazan bayramı ilə əlaqədar Bakının iki rayonunda yarmarkalar təşkil olunacaq.
İnsider.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova deyib.
O bildirib ki, bayram yarmarkaları iyunun 4 və 5 tarixlərində baş tutacaq:
“Yarmarkaların təşkil edilməsinə əsas məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsalı olan ərzaq məhsullarının satışına dəstək olmaqdır. Yarmarka Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı, “Space” TV -nin qarşısı, Nizami rayonunda isə Qara Qarayaev prospekti 36 A, Orbita ticarət mərkəzinin yanında olacaq. Yerli fermerlər, qida istehlakçıları ora dəvət olunacaq.
Fermerlər avadanlıqları ödənişsiz şəkildə əldə edəcəklər”.
“Məhsullar Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyalarında müayinə olunacaq. Yararsız məhsullar bazardan çıxarılacaq. Qiymətlər tələb-təklif əsasında formalaşır, lakin məhsulların qiyməti topdansatış qiymətlərindən yüksək ola bilməz”, - deyə Leyla Məmmədova qeyd edib.
©Oxu.Az