Nəsimi rayonu Rəşid Behbudov küçəsindən keçən və istismar müddətinı başa vurmuş su kəmərinin qəzalı hissəsi dəyişdirilir.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, Nəsimi və Səbail rayonlarının mərkəzi hissələrinin bəzi ərazilərində (R.Behbudov, Bülbül, Z.Əliyeva, Ü.Hacıbəyov, Nizami, Füzuli, Xəqani, Vidadi, S.Rəhimov, Ş.Bədəlbəyli, D.Əliyeva, Ə.Əliyev küçələrinin bir hissəsi) suyun verilişində bu gün axşamdan 31 avqust 2021-ci il tarixində günün birinci yarısında içməli suyun verilişində fasilələr olacaqdır.