Azərbaycanın və Qafqazın böyük ticarət mərkəzlərindən biri olan "Dəniz Mall" bu həftədən fəaliyyətə başlayıb.
Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən "Mall" Azərbaycanda ən böyük ticarət mərkəzidir. Sahəsi 120 min kvadratmetr olan obyektdə əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir. "Mall" 5 mərtəbədən ibarətdir.
Bakıda Dənizkənarı Bulvar ərazisində yerləşən Mərkəzin binası 2007-ci ildə məşhur dizayner Çapman Taylor tərəfindən tərtib edilib. Əvvəlcə buranın konfrans mərkəzi, tədbirlər və şadlıq mərasimlərinin keçiriləcəyi məkan kimi nəzərdə tutulmuşdu, lakin sonradan alış-veriş mərkəzi olmasına qərar verildi.
Trend