“Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıq aşkarlanıb”.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.
Müdir müavini bildirib ki, onlardan 30-da çatışmazlıq daha ciddi hesab olunur:
“Hazırda həmin problemlərin həll olunması istiqamətində işlər görülür”.
“Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə də işlər görülür”, - o vurğulayıb.