Bakı Nəqliyyat Agentliyi (BNA) yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqfor obyekti və müvafiq yol nişanları quraşdırıb, nişanlanma işləri aparıb.
Bu barədə BNA məlumat yayıb.
Məlumata görə, bununla da növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib. Ətrafda iki tam orta məktəbin, bir uşaq bağçasının yerləşməsi nəzərə alınaraq, bütün istiqamətlər üzrə təşkil edilən, nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı, təhlükəsizliyi təmin edilib.