2020-ci ildə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu illə müqayisədə real ifadədə 29,6% azalaraq 4 315,0 mln. manat olub.
İnsider.az bunu Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata istinadən deyib. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 424,5 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 56,2%-ni təşkil edib.
APA