bakida-elektrikli-avtobuslar-istismara-verilecek

Bakıda elektrikli avtobuslar istismara veriləcək

Ötən 6 ildə avtobus parkının 34%-i ekoloji təmiz, “Avro6” standartlı, CNG müəhərrikli avtobuslara əvəzlənib. Hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir. 

Bu, Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.

2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3% (32,5 ton), adambaşına düşən göstərici isə 5,8%, yaxud 5,9 kq azalıb. 

Məlumatda bildirilir ki, sağlam, ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadə bu gün iqlim dəyişikliyinə töhfə verə biləcək ən uğurlu alternativ nəqliyyat vasitəsidir. Velosipedin nəqliyyat vasitəsi kimi populyarlaşdırılmasını hədəfləyərək velosiped yolları və zolaqlarının təşkili üzrə də işlər görür. 

Aktiv mobillik növlərinin təşviqi, rahat piyada hərəkəti və velosiped sürmək üçün şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak ediblər. Ağacəkmə zamanı 2,2 ha ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2000 ədəd Eldar şamı, sərv və zeytun ağacı əkilib.

Marja