bakida-evde-partlayisda-xesaret-alan-baci-qardas-vefat-edib

Bakıda evdə partlayışda xəsarət alan bacı-qardaş vəfat edib

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.

Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh İmanqulu qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul İmanqulu oğlu Quliyev xəstəxanada dünyasını dəyişiblər.

Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıb. Ailənin digər üzvləri isə xəsarət almayıblar.

Report