bakida-guzestli-menzillerin-satisi-basladi-tecili

Bakıda güzəştli mənzillərin satışı başladı - TƏCİLİ

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə növbəti elan verilib.

İnsider.az xəbər verir ki, MİDA-dan verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayıb və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcəkdir.

Daha ətraflı bu keçid vasitəsilə tanış olmaq mümkündür.