Daxili İşlər Nazirliyinin (DİN) İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:
Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq, Moskva prospektində Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər - əsas və kənar yolda sıxlıq, Bakı-Sumqayıt şosesində - Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq, Tbilisi prospektində “20 Yanvar” dairəsindən başlayaraq, Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.