Bakının Xətai rayonunda Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində işıqforun düzgün quraşdırılmaması qəza şəraiti yaradır.
Bununla bağlı lentə alınan videogörüntü redaksiyaya göndərilib.
Sözügedən küçələrin kəsişməsində sol tərəfdə “baş yol” nişanı qoyulub. Nişanın arxasında isə işıqfor var. Uzaqdan gələn sürücü heç bir halda yol nişanının arxasında işıqforun olub-olmadığını görmür.
Yalnız yolayrıcına yaxınlaşdıqdan sonra orada işıqforun olduğu görülür, bu isə qəza şəraiti yaradır.
Oxu.Az