bakida-korpesini-heyete-tullayan-sexse-agir-ceza

Bakıda körpəsini həyətə tullayan şəxsə AĞIR CƏZA

Bakıda bir yaşlı oğluna ağır xəsarət yetirməkdə təqsirləndirilən Samir Ağakərimova hökm oxunub və o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, S.Ağakərimov bir yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanılıb.

Report